Unudular

 

sonrası bahar olmalıydı aşkın

Deyirlər: sözdənsə, yara yaxşıdır,
Ürəyə salsa da iz, unudular.
Sağalar sinədə xəncər yarası,
Quruca bir sözdən tez unudular.

 

Gedirdin, gedəydin xoş üzlə barı,
Canımı yaxmazdın sən sözlə barı,
Məni yandırardın min közlə barı,
Közə nə vardı ki, köz unudular.

 

Etdiyin əməlin biri düz deyil,
Məqamı düz deyil, yeri düz deyil,
Məni söz yandırır, əyri – düz deyil,
Əyri unudular, düz unudular.

 

Nə olsun, oduna yanmış ocağam,
Gözümün yaşıyla seləm – sucağam?
Səni unutmağa, unudacağam,
Sanma ki, dediyin söz unudular.

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2016/03/unudulur/

Bir cavab yazın

Your email address will not be published.