Mənə “unut” demə!

Картинки по запросу BENİ UNUT

 

 

Ürək bilgisayar olsaydı əgər,
Səni yaddaşından silib atardım.
Unuda bilsəydim ötən günləri,
Lüzumsuz xatirə bilib atardım.

Neyləyim, bu ürək daş-qaya deyil;
Sel yusun üstündə yazılanları,
Yağışlar, küləklər silib aparsın
Dağlara külünglə qazılanları,

Sən “unut” deyirsən mənə- “keçmişi”,
Sənə bu sevdalar gərək deyilmiş.
Mən indi anladım köksünün altda
Döyünən daş imiş, ürək deyilmiş.

Demə, ürəksizə ürək vermişəm.
Bax, bunu anlamaq məni ağrıdır.
Yəqin unudaram nəsibim olsa,
Baxma ki, sənsizlik səndən ağırdır?

Acı bir etiraf edim, rahatlan
Zamanı gəlmişkən, yeri gəlmişkən.
SƏNi ansam belə, sən anılmırsan,
Mənim sevdiyim SƏN sən deyilmişsən.

Böyük bir ürək var sevdiyim SƏNdə
Səndəki ürəkdən ona tay olmaz.
Unutmaq heçliyə qurban payıdır,
Mənə “unut” demə, SƏNdən pay olmaz.

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2016/09/m%c9%99n%c9%99-unut-dem%c9%99/

Bir cavab yazın

Your email address will not be published.