Mənim dövlətim

Sanma ki, heç kiməm, heç nəçiyəm mən,
Sən mənə borclusan, mən sənə, dövlət!
Nə olsun, yanında zərrəciyəm mən,
Səndəsə cəmləşib bütün əzəmət?

Mən sənsiz ruhuyox vücud olsam da,
Yenə asılısan məndən daha çox.
Mən əsir olanda mövcud olsam da,
Mən əsir olanda yox olarsan, yox

Qanımla yoğrulub, qəlb təndirimin,
Bişərək, közündə dövlətləşibsən.
Sən məni köləykən ağalaşdırib,
Böyüyüb özün də dövlətləşibsən.

Adıma “qul” deyib mənə baxma kəm.
Mən – kirə çıxarsan, özünü yusan.
Mənimlə sən olub bu yurd, bu ölkə,
Özünəm mən sənin, nəyəmsə osan.

Mənə kölə kimi baxsan da bu gün,
Sən mənim ən böyük varım – dövlətim.
Sən məni dövlətli etdiyin üçün
Adına demişəm: “mənim dövlətim”.

Şeirlərim, siyasi və vətənpərvərlik şeirləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir