Bayramdır, bəd yazmağa
Adamın əli gəlmir.
Uğursuz, nəhs sözləri
Deməyə dili gəlmir.
İnsafmı, kalendarda
Yer verdik itə-qurda?
Hər heyvandan var burda,
Sonu-əvvəli gəlmir.
Xoruzu it izləyir,
İlan ata “döz” deyir.
Min ildir ki, gözləyir
İnsanın ili gəlmir.