İnsan öz cismiylə insan deyildir,
Ruhumla mən mənəm, sən isə sənsən.
Sən əsla sənlikdən çıxa bilməzsən
Ruhən pərvazlanıb bədəndən ensən.
Mənə bal şərbəti içirsən belə,
Duyuduğum hisləri keçirsən belə,
Qəlbimi qəlbinə köçürsən belə,
Nə sən mən olarsan, nə də ki, mən sən
Min dəfə küsüşüb barışmadıqmı?
Eyni köz üstündə alışmadıqmı?
İllərlə qaynayıb qarışmadıqmı?
Yenə mən o mənəm, sən də həmən sən.