Oyunda özüylə yarışan adam,
Sevinmə uduraq yenə özünü.
Udan da sən idin, uduzan da sən,
Desəm doğrusunu, desəm düzünü.
Demə, bu yarışın qalibi mənəm,
Yarışda insana rəqib gərəkdir.
O kəslər həm qalib, həm məğlub olar,
Nərd-taxta önündə yalnızdır, təkdir.
Öz nuru olmayan Ay da qalibdir
Günəşsiz səmada, şər qarışanda.
“Qalibəm” deyərək çox qürrələnmə,
Yarış yarış olmaz tək yarışanda.