Eşqin bu yazıq ruhumu almış elə məndən,
Min il keçə insan çıxa bilməz hələ məndən.
Hər kəs bir udumluq havadır can qəfəsində
Lütf eylə, gülüm, canımı al, ver yelə məndən
Bir can nədi ki, sən də onun qəsdinə durdun.
Canım sənə qurban, nə dilərsən, dilə məndən
Hər çəkdiyim ahdan ürəyim xəlbirə dönmüş,
Köksüm bir ələkdir, məni artıq ələ məndən.
Baxmır sözə göz, yaş axıdır ki bəbəyindən,
Sellər qoy aparsın xəbərim siz gilə məndən.
Göz yaşları dəldikcə dəlir bağrımı hər gün,
Axdıqca, süzüldükcə, Oğuz hər gilə məndən.
1 şərh
Səhifə çox xosuma gəldi. Seirlər gözəldir, misralar axıcılıq və səmimiyyətlə doludur, Yazılarinız bəzən sərt olsa da acı həqiqətlərdən bəhs edir. Çoxlarının cəsarət edib toxuna bilmədiyi mövzuları cəmiyyətə siz təqdim edirsiz. Sizdə ən parlaq nümunəvi cəhət yerlipərəstlikdən uzaq olmğaınızdır. Vətənpərvər olmaqal yanaşı, bəşəri dəyərlərə sadiq olmaq hər adamın işi deyil. /O qədər istedadlı , leyaqətli ziyalılarımız var və olub ki, yerlipərəsttlik onları cılızlaşdırıb, daha dərin düçünmək imkanlarını əllərindən alıb. Sizə bol yaradıcılıq uğurları və möhkəm cansağlığı arzu edirəm…