Bölmə arxivi: Əxlaqi və mənəvi motivli şeirlər

İnsan ili

Bayramdır, bəd yazmağa
Adamın əli gəlmir.
Uğursuz, nəhs sözləri
Deməyə dili gəlmir.

İnsafmı, kalendarda
Yer verdik itə-qurda?
Hər heyvandan var burda,
Sonu-əvvəli gəlmir.

Xoruzu it izləyir,
İlan ata “döz” deyir.
Min ildir ki, gözləyir
İnsanın ili gəlmir. >>>> ARDINI OXU

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər

Mən mənəm, sən isə sənsən

İnsan öz cismiylə insan deyildir,
Ruhumla mən mənəm, sən isə sənsən.
Sən əsla sənlikdən çıxa bilməzsən
Ruhən pərvazlanıb bədəndən ensən.

Mənə bal şərbəti içirsən belə,
Duyuduğum hisləri keçirsən belə,
Qəlbimi qəlbinə köçürsən belə,
Nə sən mən olarsan, nə də ki, >>>> ARDINI OXU

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər

Yaşamaq ölümün başqa bir adı

Ömür – son mənzilə aparan yoldur,

Hər kəs öz yoluyla yürüyüb gedər.

Həyat yarışında kimi tələsər,

Kimi ayağını sürüyüb gedər.

 

Doğulunca minib bədən atına

Yolçu ruhlar çapar Tanrı qatına.

Mənzilə çatınca torpaq altına

Gömülən bədənlər çürüyüb gedər.

 

Hər >>>> ARDINI OXU

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər

Tövbə qapısı

Sən tövbə qapısı açıqdır deyə,
Sanma ki, nə etsən, Yaradan keçər.
Tanrı eyni baxar nökərə, bəyə?
Nə bəxti, nə anlı qaradan keçər.

Qiyamət günündə məhşər körpüsü –
Xeyir körpüsüdür, ya şər körpüsü.
Zalımın önündə məhşər körpüsü
Yüz qəlbə vurduğu yaradan >>>> ARDINI OXU

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər

Qönçə qızlar

Hicabsızsan, hicablıya kəm baxma,
Hər xanım qız bir yönüylə incədir.
Hər çiçəyin bir dəyəri var, amma
Çiçəklərin hicablısı – qönçədir.

Tumurcuqkən açılmış bir gül olar,
Böyüdükcə qöncələşər bu qızlar.
Bəzən nurlu üzlərində tül olar,
Yad baxışla pəncələşər bu qızlar.

Sanma, >>>> ARDINI OXU

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər