Category: Məhəbbət şeirləri

Mənim də yaşım heç iyirmi deyil

olu canlar

Nə sevgi oyuncaq, nə sən körpəsən,
Mənim də yaşım heç iyirmi deyil.
Nə sən mələk qədər düzsən, nə də mən,
Nə də dünya xalis dəyirmi deyil.

İddian, istəyin boyundan hündür,
Mənə “əyri” deyən, düzsənmi özün?
İki göz bir yerə baxmaq >>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2016/02/m%c9%99nim-d%c9%99-yasim-hec-iyirmi-deyil/

Sənsizlikdəki sən

Sənsiz keçən dəqiqələr

 

“Sənsiz” kəlməsi də “sən” ilə başlar,
Axırı, sonluğu “siz”lə bitsə də.
İki yad adamtək bir-birimizə
Hər gün dediyimiz sözlə bitsə də.

 

Sənsizlik içində yenə sən varsan,
“Sən”lə rənq qatıbsan sənsizliyinə.
Fərqində deyilsən, yoxluğunla yox,
Özünlə çatıbsan sənsizliyinə.

  >>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2016/02/s%c9%99nsizlikd%c9%99ki-s%c9%99n/

Sənsiz

Sənsiz keçən dəqiqələr

 

Dünya, gözəlim, sankı dönübdür heçə sənsiz.
Dağlar belə artıq görünür bir cücə sənsiz.

İsminlə nəfəs almada cansız-diri aləm,
Səndən danışır, hər qaya- daş, hər küçə sənsiz,

Sənsiz qaralar rəngi sabahın da hər axşam
Qəlbim dayanır həsrətə, bilməm, necə sənsiz? >>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/12/s%c9%99nsiz/

Ey yağış altında gəzişən gözəl

 

Ey yağış altında gəzişən gözəl,

Sən kimsən, nəçisən, yağış anlamaz.

Bilsə, necə qəlbi viran etmisən

Üstünə bu qədər həzin damlamaz.

 

Səni anlasaydı o su damlası,

Nə yağış olardı, nə qar olardı.

Uzaqdan duyaraq hərarətini,

Sənə toxunmadan buxar olardı. >>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/08/ey-yagis-altinda-g%c9%99z%c9%99n-qizcigaz/

Sənin şiriniyin, mənim şəkərim

Könlümdə acıyır, inləyir yerin,
Həsrətin qəlbimin acı bəstəsi.
Xəyalın şəkərdən, baldan da şirin,
Mənsə sənə təşnə şəkər xəstəsi.

Sənə susasam da, qaçıram səndən,
Şəkərli həyatın budu qaydası.
Qaçıram o səni sevdiyim gündən-
Nə sənə, nə mənə vardı faydası.

Demə ki,

>>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/05/s%c9%99nin-siriniyin-m%c9%99nim-s%c9%99k%c9%99rim/

Load more