Category: Məhəbbət şeirləri

Göz əldən gedir

 

Sənə “gözüm” deyə bilmərəm təzdən,
Gözüm görə-görə göz əldən gedir.
Sən onun nuruydun, itmisən gözdən
Bəlkə buna görə göz əldən gedir?

Düşdükcə kirpikdən yaş dənə-dənə,
Şeirlər, qəzəllər yazardım sənə.
Bəs, necə yazacam onları yenə?
Gözümə yanmıram, söz əldən gedir.

>>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/05/goz-%c9%99ld%c9%99n-gedir/

Mən sənin heç nəyinəm!

hec kim

Haqqım yox sənə olan
Sevgim ilə öyünəm,
Sənsizlik həsrətindən
Gileylənəm, deyinəm.
Mən sənin heç nəyinəm!

Artıq yadam o könlə,
Nə duy məni, nə dinlə!
Nə olsun həsrətinlə
Qəlbi düyün-düyünəm.
Mən sənin heç nəyinəm!

Sən Leyli ad-sanında
Kiməm sənin yanında?
Məcnun

>>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/01/m%c9%99n-s%c9%99nin-hec-n%c9%99yin%c9%99m/

Bilməm ki, necə ayrı tutam mən gözü səndən

Bilməm ki, necə ayrı tutam mən gözü səndən,
Dönməz ki, kor olmuş gözün arsız üzü səndən.

Eşqinlə gözüm qan axıdar, qətlə nə hacət?
Yüz min kərə insaflıdı cəllad özü səndən.

İsmin dilimin sanki lüğət boxçası olmuş,
Hər kəlməsi səndəndir onun,

>>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2015/01/bilm%c9%99m-ki-nec%c9%99-ayri-tutam-m%c9%99n-gozu-s%c9%99nd%c9%99n/

Qoy, ölülər inciməsin sözümdən

 

Heç soruşma durumumu, ey zalım!
Ürəyimin min bir dərdi-səri var.
İnanmarsan, desəm nədir əhvalım,
Düşünərsən harda belə diri var?

Od içində yanmaqdırsa cəhənnəm,
Eşq odunun bu atəşdən nəyi kəm?
Ürəyimdə canı oda yaxan qəm
Səni görüb seçən gündən bəri >>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2014/10/qoy-olul%c9%99r-incim%c9%99sin-sozumd%c9%99n/

Allah bağışlarmı?

 

Ey insafsız, əhvalımı
Görən Allah bağışlarmı?
Oda atdığın canımı
Verən Allah bağışlarmı?

Desəm, gəzdim dörd bir yanı,
Sənin kimi gözəl hanı?
Qarşımıza bu dünyanı
Sərən Allah bağışlarmı?

Oxşadıqca yel telini,
Görən udar öz dilini.
Eşqinlə can mənzilini
Hörən Allah

>>>> ARDINI OXU

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2014/09/allah-bagislarmi/

Load more